Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş nəşr çapa hazırlandı

13:23 - 08 Noyabr 2025

Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş nəşr çapa hazırlandı

Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş ,,THE GREAT VICTORY. 44 DAYS.23 HOURS.43 MINUTES" adlı nəşr çapa hazırlanmışdır. 


 Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin, tvitlərinin, xarici media nümayəndələrinə müsahibələrinin, xarici ölkələrin dövlət başçıları ilə görüşlərinin və birgə bəyanatlarının əks olunduğu bu kitabda Zəfərdən sonra başlanan bərpa və quruculuq işləri, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş anti-terror əməliyyatı mövzularına da toxunulmuşdur. 

Kitab  Șanlı Zəfərimizin xarici ölkələrdə təbliği məqsədilə ingilis dilində çap edilmișdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az