Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi başa çatıb.
Müsabiqə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin beşinci ildönümünə həsr olunaraq, milli dramaturgiya sahəsində yeni bədii əsərlərin yaranmasını təşviq etmək məqsədilə elan edilmişdi. Müsabiqəyə təqdim olunan əsərlərdə həmçinin 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri, bu hadisələrin psixoloji və sosial təsirləri, qəhrəmanlıq nümunələri və xalqımızın Zəfəri əks etdirilməli idi.
Təqdim olunan əsərlər Mədəniyyət Nazirliyinin əmri ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilmiş və aşağıdakı qaliblər müəyyən olunmuşdur:
I yer – Pərviz Seyidli “Killigil əfsanəsi” (3000 manat)
II yer – Aytac Məmmədli “Aslan gözü” (2500 manat)
III yer – Hikmət Orhun “Kimsəsiz” (1500 manat)
Müsabiqədə iştirak edən bütün müəlliflərə təşəkkür edilib və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulanılıb.