"Rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir"

20:08 - 12 Noyabr 2025

\"Rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir\"

Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri azaldıldı.


Manset.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.

    Deputat deyib ki, eyni zamanda bölgələrdə mədəniyyət sahəsində çalışan işçilərlə bağlı bir sıra qərarlar qəbul edildi: “Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Misal üçün mənmi təmsil etdiyim bölgədə 5 kitabxanada belə bir problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var”.

    Parlament sədrinin müavini Rafael Hüseynov isə qeyd edib ki, bu sahədə də yenilik olmalıdır: “Musiqi məktəbində çalışanların işsiz qalması arzu olunan deyil. Amma baxılmalıdır ki, xüsusilə rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir, elementar biliklərdən məhrumdurlar. Digər tərəfdən, bu gün mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir. Bütün istiqamətlər üzrə biz modernləşməyə çalışacağıq. Bu zaman ixtisarların, bağlanmaların da səbəbi aydınlaşar”.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az