Azərbaycan mənşəli dünyaca məşhur müğənni Sami Yusuf Azərbaycan musiqisi və xanəndə, Əməkdar artist Təyyar Bayramovla bağlı status yazıb.
Manset.az-ın əldə etdiyi məlmata görə, Sami Yusif Azərbaycan musiqisi və xanəndə, Əməkdar artist Təyyar Bayramovla bağlı bunları yazıb.
“Azərbaycan muğamı- bu dinləyicinin ruhunu oxşayan nəfis musiqi, fəlsəfə və meditasiyadır. Musiqi keçidlərinin strukturlaşdırılmış məntiqi daxilində ustaddan şagirdlərə ötürülən yaradıcı improvizasiyadır. O, mürəkkəb ideyalar, emosional məna və dərin hikmətlə zəngindir. Və onun gözəlliyi nəfəs kəsicidir.”
Sami Yusif daha sonra qeyd edib ki, “Mən qürur hissi keçirirəm ki, Təyyar Bayramov bu möhtəşəm incəsənəti heyrətamiz və ustalıqla ifa edərək @expo2020 Dubai-də canlı yayımlanan "Ulduzların üzərində" konsertimizdə bunu bizimlə paylaşdı.”