Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində aprel ayının qastrol proqramı açıqlanıb.
Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, aprel ayında qastrol proqramı Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edəcək.
Məlumat üçün bildirək ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.
Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.