Ofeliya Sənaninin 85 illik yubileyi keçirildi - FOTOLAR

20:06 - 07 İyun 2026

Ofeliya Sənaninin 85 illik yubileyi keçirildi - FOTOLAR

İyunun 5-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, tanınmış diktor, kino aktrisası və dublyaj ustası Ofeliya Sənaninin 85 illik yubileyi keçirildi. 


Manset.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Tədbiri giriş sözü ilə tədbirin aparıcısı Rəhilə Soltanqızı açaraq, ömrünü kino, televiziya, radio və dublyaj sahəsinə həsr etmiş O.Sənanini xoşbəxt sənətkar adlandırdı. Sonra çıxış edən Əməkdar artistlər Tamilla Ələkbərova, Nərgiz Cəlilova, Nailə İslamzadə, Sevda Ağazadə yubilyara təbriklərini çatdırdılar, ona cansağlığı arzuladılar. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ofeliya Sənaninin kino yaradıcılığı, dublyaj fəaliyyəti haqqında fikirlərini bölüşdü. Tədbir iştirakçıları Əməkdar artist Teymur Əmrahın ifasında retro mahnıları dinlədilər.

Sonda sənətkarın ailə üzvləri adından Gülər və Lalə Sənanilər çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdilər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarxlar və rejissor N.Dadaşovun “Mücrü” filmi nümayiş etdirildi.

#OfeliyaSənani #OfeliyaSənani85



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az