"Həmin gecə dünyamız alt-üst oldu"

12:59 - 20 Yanvar 2022

\"Həmin gecə dünyamız alt-üst oldu\"

Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, aktyor həmin günü belə xatırlayıb:

"1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az