Qanunsuz balıq ovu edən şəxs SAXLANILDI

14:23 - 29 Fevral 2024

Qanunsuz balıq ovu edən şəxs SAXLANILDI

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirdikləri qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin