Bərdədə ağır qəza - Ölən var

13:31 - 3 Mart 2024

Bərdədə ağır qəza - Ölən var

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Bərdə Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Kərimov Əzizi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin