“Panatinaikos”la Fatih Terimin yolları ayrıldı
17 May 2024
17:12 - 2 May 2024
Keniyada paytaxt Nayrobi də daxil olmaqla 36 bölgəyə təsir edən sel fəlakətində həyatını itirənlərin sayının 166 olduğu açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yardım və xilasetmə işlərini həyata keçirən Keniya Qırmızı Xaç Cəmiyyəti 132 nəfərin itkin düşdüyünü bildirib.
Ümumilikdə, təxminən 44 min ev təsərrüfatına zərər dəyib, seldə 23 min 511 ailə evini tərk etmək məcburiyyətində qalıb və 8 minə yaxın təsərrüfat heyvanı tələf olub.
Keniya meteorologiya qurumu yağışların bu həftə də davam edəcəyini açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin