Tom Kruzun qarnı sallandı - FOTO

13:28 - 16 May 2024

Tom Kruzun qarnı sallandı - FOTO

İllərdir fit görüşünü ilə hər kəsi heyran qoyan məşhur Hollivud aktyoru Tom Kruz ötən gün İspaniyanın Mayorka şəhərində dənizdə çimərkən sallanan qarnı ilə diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollivud estetiki Hovard Sobel bunun 60 yaşdan yuxarı kişilərdə gözlənilən təbii bir dəri sallanması olduğunu bildirib.

Sobel "Kişilərdə xüsusilə sinə və döş altı nahiyəsi, həmçinin, qabırğa ətrafındakı dəri və əzələlər ilk itirilən bölgələrdir. Onların elastikliyi yaşla bağlıdır" deyib.

Qeyd edək ki, 61 yaşlı amerikalı aktyor öz yaşının ən güclü aktyorlarından biridir. O, hələ ki, döyüş filmlərində riskli səhnələrdə kaskadyorlardan istifadə etməyəcək qədər yaxşı formadadır.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin