Bu ölkə bayrağı ilə Eurovisiona giriş qadağan olundu

18:10 - 2 May 2024

Bu ölkə bayrağı ilə Eurovisiona giriş qadağan olundu

Avropa Yayım Birliyi mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Fələstin bayrağı ilə  girən tamaşaçılar içəri buraxılmayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

Məlumatda bildirilir ki, mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlərin dayandırılacağı və onların Fələstin bayraqları və ya pankartları götürüləcək.

İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakına Malmödə etiraz ediləcəyi bildirilib.

Açıqlamada “Soyqırımsız Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.

Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.

Jalə

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin