“İnter Mayami” klubunda çıxış edən ulduz futbolçuların maaşları bəlli oldu

13:24 - 17 May 2024

“İnter Mayami” klubunda çıxış edən ulduz futbolçuların maaşları bəlli oldu

“İnter Mayami” klubunda oynayan ulduz futbolçuların illik maaşı məlum olub.

 

Manset.az xəbər verir ki, ulduz futbolçular arasında ən az maaş Luis Suaresə məxsusdur. O, Amerika klubundan illik 1,5 milyon avro gəlir əldə edir. Serxio Buskets isə illik  8,7 milyon avroluq müqavilə imzalayıb.

Argentinalı super ulduz Lionel Messi isə komandada ən çox maaş alan futbolçudur. Təcrübəli futbolçu illik 20,4 milyon avro qazanc əldə edir.

Qeyd edək ki, Lionel Messi karyerasını başa vurduqdan sonra “İnter Mayami” klubunun idarə heyətinin üzvlərindən biri olacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin