Cəbrayılda ağır qəza - Ölənlər və yaralananlar var

17:40 - 9 Mart 2024

Cəbrayılda ağır qəza - Ölənlər və yaralananlar var

Cəbrayıl rayonunun Marallı kəndində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəb ər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Report"a bildirib ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb.

Daha 3 nəfər ağır xəsarət alıb. Onların kimliyi dəqiqləşdirilir. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin