İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri - 2024” hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır.
Manset.az TASS-a istinadən xəbər verir ki, təlimlər Hind okeanının şimal hissəsində baş tutacaq.
Məlumata görə, təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir.