Aylar əvvəl taxtdan imtina edən 83 yaşlı Danimarka kraliçası II Marqret Kopenhagendəki Tivoli bağlarında balet tamaşası üçün kostyumlar hazırladığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ll Marqret paytaxt Kopenhagendəki məşhur Tivoli bağlarında Pantomima Teatrında nümayiş etdiriləcək və Danimarka yazıçısı Hans Kristianın Andersein "Yolsuz Hans" nağılına uyğunlaşdırılacaq baletin kostyumu və dekor dizaynı üçün qollarını çırmalayıb.
Kraliça açıqlamsında "Əyləncəli bir şou olacaq və macəranı səhnədə görmək üçün səbirsizlənirəm" deyib.
Əfsanə Rəcəb
Manşet.az