logo
logo logo
logo

“Neftçi” onlarla müqavilənin müddətini uzatdı 

20:28 - 21 İyun 2026

“Neftçi” onlarla müqavilənin müddətini uzatdı 

“Neftçi” kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.


Manset.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb. “Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində “Neftçi”də çıxış edib və 25 rəsmi oyun keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az