Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.
Manset.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 05:00-da Yeni Zelandiya Misir ilə qarşılaşacaq.