Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.
20:00
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
Manset.az xəbər verir ki, H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.
19:16
Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.
Manset.az xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.
Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Dünya çempionatı
İkinci tur
20:00. İspaniya - Səudiyyə Ərəbistanı