Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.
Manset.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
49-cu dəqiqədə asiyalıların heyətində Həsən at-Tambakti avtoqol müəllifi olub.
20:53
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar fasiləyə böyükhesablı üstünlüklə yollanıblar - 3:0.
11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
20:30
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda daha iki qol vurulub.
Manset.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar ard-arda iki dəfə fərqləniblər - 3:0.
21 və 24-cü dəqiqələrdə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
20:19
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.
20:00
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
Manset.az xəbər verir ki, H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.
19:16
Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.
Manset.az xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.
Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Dünya çempionatı
İkinci tur
20:00. İspaniya - Səudiyyə Ərəbistanı