Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb.
Manset.az xəbər verir ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Xatırladaq ki, Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.