Türkiyədə qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub

21:47 - 12 Mart 2024

Türkiyədə qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub

Türkiyənin Çorum bölgəsində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarla 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu tutulub.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, İŞİD-in Türkiyəyə qarşı hərəkətlərinin sübut və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit olunan 3 nəfər təqib edilib.

Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-in İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Şübhəlilər polis bölməsinə aparılıblar.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin