Qəzzada fələstinli uşaqlar Əl-Şati Qaçqınlar Düşərgəsində boş boşqablarla İsrailə etiraz ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uşaqlar hücumların dayandırılmasını tələb edərək, əllərində “Uşaqlar aclıqdan ölür”, “Soyqırımı dayandırın”, “Bəsdir, kömək edin” yazılı plakatlar və boş lövhələr qaldırıblar.
Son açıqlamaya görə, hücumlar nəticəsində ölənlərin sayı 31 min 45-ə, yaralıların sayı isə 72 min 654-ə yüksəlib.
Əfsanə Rəcəb
Manşet.az