Sumqayıtda zəncirvari qəza: Xəsarət alanlar var

23:23 - 23 Mart 2024

Sumqayıtda zəncirvari qəza: Xəsarət alanlar var

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq, digər iki avtomobilə çırpılıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin