Salyan sakini itkin düşdü - FOTO

17:33 - 26 Mart 2024

Salyan sakini itkin düşdü - FOTO

Salyan rayon sakini itkin düşüb.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin