Xocalıya ilk köçün tarixi AÇIQLANDI

13:41 - 27 Mart 2024

Xocalıya ilk köçün tarixi AÇIQLANDI

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

 

Manset.az-a xəbər verir ki, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:

“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.("Report")


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin