"Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır" - Prezident
29 Aprel 2024
16:32 - 28 Mart 2024
Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində hərbi aviasiya təlim mərkəzinə baş çəkərkən “F-16” ilə bağlı açıq xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Burada hərbi pilotlarla söhbət edən Putin Rusiya ordusunun aviasiya bölməsinin Ukraynadakı münaqişələrdə səmərəli işlədiyini və nəticəyə töhfə verdiyini vurğulayıb.
Putin, “Ukrayna F-16-ları üçüncü ölkələrin hava limanlarında qanuni hədəfimiz olacaq” deyib.
Dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı iş gördüyünü qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin