Ermənistan millisinin sabiq qapıçısı “Galenvagen”lə 2 şəxsi vurub öldürdü - FOTO/VİDEO

17:58 - 2 Aprel 2024

Ermənistan millisinin sabiq qapıçısı “Galenvagen”lə 2 şəxsi vurub öldürdü - FOTO/VİDEO

Futbol üzrə Ermənistan milli komandasının alt yaş qrupları üzrə qapıçısı Armen Fişyan Stavropol diyarında yol polisi əməkdaşını və onun saxladığı sürücünü vuraraq öldürüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qəza martın 23-də səhər saatlarında baş verib.

Belə ki, Armen Fişyan “Galenvagen” markalı avtomobili idarə edib. Qafqaz yolunun 284-cü kilometrliyində o, polis leytenantını və yol polisi əməkdaşının cərimə yazmaq üçün saxladığı “Priora” markalı avtomobilin sürücüsünü vurub.

Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Bundan dərhal sonra Fişyan hadisə yerindən qaçsa da, 60 kilometr sonra saxlanılıb.

O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib. Onun barəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə iş açılıb və onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Armen Fişyan Ermənistanın gənclərdən ibarət futbol komandalarının keçmiş qapıçısıdır. Peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra mini-futbol klublarında oynayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin