NASA üç ulduz sistemində yeni yaranan planetlərə dair sübutlar tapıb

17:16 - 2 Aprel 2024

NASA üç ulduz sistemində yeni yaranan planetlərə dair sübutlar tapıb

ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) Ceyms Uebb Kosmik Teleskopu (JWST) və digər teleskopların köməyi ilə yeni yaranmış ulduz sistemlərində mümkün protoplanetlərə dair sübutlar tapıb.

 

Manset.az Space.com-a istinadən xəbər verir ki, NASA alimləri "SAO 206462", "HL Tauri (HL Tau)" və "MWC 758" adlı ulduzların ətrafında fırlanan mümkün protoplanetləri aşkar etmək üçün JWST, Hubble Kosmik Teleskopu və Atakamadan istifadə ediblər. Böyük Millimetr  Massiv (ALMA) tərəfindən toplanan məlumatları araşdırıblar.

Tədqiqat Miçiqan Universiteti, Arizona Universiteti və Viktoriya Universitetinin alimlərinin rəhbərlik etdiyi qrup tərəfindən aparılıb.

Tədqiqat həmçinin protoplanetar disklər və bu disklərin mərkəzindəki ulduzlara daha yaxın olan qaz zərfləri arasında indiyədək görünməmiş qarşılıqlı təsirləri aşkar edib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin