“Krokus” terror aktında ölən uşaqların sayı 6-ya çatdı

11:35 - 3 Aprel 2024

“Krokus” terror aktında ölən uşaqların sayı 6-ya çatdı

“Krokus”da baş vermiş terror aktı nəticəsində altıncı azyaşlı da həyatını itirib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova bildirib.

Onun sözlərinə görə, hazırda beş uşaq xəstəxanada qalıb, onlardan ikisinin vəziyyəti ağırdır:

"Hazırda bizdə 6 uşaq dünyasını dəyişib, 7-si yaralanıb. İkisi artıq evdə müalicə olunur, beşi xəstəxanadadır. İkisinin vəziyyəti ağır, üç nəfərin vəziyyəti orta ağırdır. Uşaqlara baş çəkdim. Xəstəxanaların baş həkimləri ilə daim əlaqə saxlayıram, uşaqlar üçün lazım olan hər şey təmin olunub, proqnoz müsbətdir”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin