Netanyahudan yardım işçilərinin ölümü ilə bağlı şərh: “Müharibə zamanı belə şeylər olur”

11:50 - 3 Aprel 2024

Netanyahudan yardım işçilərinin ölümü ilə bağlı şərh: “Müharibə zamanı belə şeylər olur”

İsrail ordusunun Qəzzaya təşkil etdiyi hücumda beynəlxalq yardım təşkilatının 7 əməkdaşının həlak olmasından sonra İsrailin baş naziri Binyamin Netanyahu açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu hücumu "qəsdən olmayan" və "faciəli" adlandırıb.

İsrailin baş naziri çıxışında “Müharibə zamanı belə şeylər olur” ifadəsindən istifadə edib.

İstintaqın davam etdiyini əlavə edən baş nazir, səlahiyyətlilərin hücumu dərindən araşdırdığını və bunun bir daha baş verməməsi üçün hər şeyi edəcəyini bildirib.

Netanyahu, "Təəssüf ki, dünən qüvvələrimiz tərəfindən Qəzza zolağında təsadüfən günahsız insanlara atəş açan faciəli bir hadisə baş verdi. Əlaqədar tərəflərlə əlaqə saxlayırıq və belə halların bir daha təkrarlanmaması üçün hər şeyi edəcəyik" deyib.

İsrail ordusunun sözçüsü Daniel Haqari isə hücuma görə məsuliyyəti öz üzərinə götürdüklərini açıqlayıb. Hücumu qəbul edən Haqari açıqlamasında hücumun bütün şərtlərini hələ bilmədiklərini bildirib. Haqari bu gün yayımladığı video ilə WCK-nın qurucusu Xose Andreslə danışdıqlarını və başsağlığı verdiklərini bildirib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Deyr əl-Bələhdə "World Central Kitchen (WCK)" humanitar yardım təşkilatının əməkdaşlarının olduğu avtomobilləri hədəfə almışdı. Hücumda yardım təşkilatının 7 əməkdaşı həyatını itirib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin