Xankəndidən çıxan erməni cütlüyə Ermənistanda “sürpriz”

16:44 - 3 Aprel 2024

Xankəndidən çıxan erməni cütlüyə Ermənistanda “sürpriz”

Qarabağda yaşayan erməni cütlük Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin müşayiəti ilə Xankəndidən Ermənistana aparılıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlayıb. 

Məlumata görə, evli olan Sarkis Qalstyan və Marqarita Şahnazaryan cütlüyü öz istəkləri əsasında Ermənistana getmək istəyiblər və proses martın 29-u baş tutub. 

Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, Sarkis Qalstyan Ermənistanda həbs edilib. O, casusluqda ittiham edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin