“Neftçi” “Araz-Naxçıvan”ı 3 qolla məğlub etdi

21:44 - 13 Aprel 2024

“Neftçi” “Araz-Naxçıvan”ı 3 qolla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu başa çatıb.

 

Manset.az  xəbər verir ki, günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ı doğma meydanda qəbul edib.

Qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Qeyd edək ki, günün ilk matçında “Zirə” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib. Ötən gün "Sumqayıt" – “Zirə” qarşılaşması qolsuz başa çatıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin