Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin İsrail tərəfindən Ramazan bayramının ilk günü həyata keçirdiyi hava hücumunda ağır yaralanan nəvəsi Mələk Məhəmməd bu gün müalicə olunduğu xəstəxanada həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haniyə üç oğlu və dörd nəvəsini Qəzzada Əş-Şati qaçqın düşərgəsində hərəkətdə olan maşınlarının hədəfə alınması nəticəsində itirib.
Əfsanə Rəcəb
Manşet.az