İran dövlət televiziyasında İsrailə hücumun saxta görüntüləri yayımlandı - FOTO/VİDEO

19:19 - 15 Aprel 2024

İran dövlət televiziyasında İsrailə hücumun saxta görüntüləri yayımlandı - FOTO/VİDEO

İranın dövlət televiziyası olan İRİNN dünən İsrailə qarşı hücumun nəticəsi kimi Çilidə baş verən yanğının görüntülərini paylaşıb.

 

Manset.az  xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, İsrail XİN də “X” hesabında İran televiziyasını saxta təbliğat yaratmaqda ittiham edib.

“Solda: İran dövlət televiziyası bunun İsraili vuran İran raketindən görüntülər olduğunu iddia edir. Sağda: Fevral ayında Çilidə baş vermiş yanğından görüntülər. İran rejiminə xatırlatma: Müdafiə sistemlərimiz onların raketlərinin 99%-ni məhv edib”, - deyə İsrail XİN qeyd edib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin