13 yaşlı qızla münasibətdə olan şəxsə hökm oxundu

16:13 - 17 Aprel 2024

13 yaşlı qızla münasibətdə olan şəxsə hökm oxundu

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Hacıqabul rayonunun kəndlərindən birinin sakini, 2002-ci il təvəllüdlü Taleh Mərdanova (ad və soyadlar şərtidir) hökm oxunub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə 22 yaşlı Taleh Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Taleh və dostu Murad TikTok sosial şəbəkəsində Gülnaz Quliyeva ilə tanış olublar. Daha sonra Gülnaz onlarla görüşə 13 yaşlı tanışı Sədəflə gəlib. Onlar birgə dəniz sahilinə gedərək istirahət ediblər. Daha sonra Muradın Nizami rayonu ərazisində yaşadığı evə gəliblər. Burada 13 yaşlı qız könüllü şəkildə Talehlə intim münasibətdə olub.

Yeniyetmənin ailəsi hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət işi açılıb.

Məhkəmədə Sədəf və valideyni Talehdən şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildiriblər.

Nizami Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Taleh Mərdanova 3 il həbs cəzası verilib.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin