Bu uşaqlara peyvənd vurulacaq

13:51 - 19 Aprel 2024

Bu uşaqlara peyvənd vurulacaq

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.

 

Manset.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək “İmmunlaşdırma həftəsi” çərçivəsində bütün şəhər və rayonlarda hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin