Şəkil çəkdirərkən 75 metr yüksəklikdən aktiv vulkanın içinə düşdü

11:02 - 23 Aprel 2024

Şəkil çəkdirərkən 75 metr yüksəklikdən aktiv vulkanın içinə düşdü

İndoneziyada İjen kraterini ziyarət edən çinli turist Huanq Lihonq poza vermək istəyərkən ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kraterin kənarında dayanan Huanq 75 metr yüksəklikdən aktiv vulkanın içinə düşüb. Bu anlarda Huanqın əri də onun şəklini çəkirdi.

Huanq əri Zhanq Yonqla birlikdə vulkanın kənarından günəşin doğuşunu izləmək üçün yerli bələdçinin müşayiəti ilə kraterə qalxmışdı.

Bədbəxt qadının cansız bədəni iki saat davam edən əməliyyatla kraterdən çıxarılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin