COP29 Azərbaycan üçün geniş imkanlar yaradacaq

19:21 - 23 Aprel 2024

COP29 Azərbaycan üçün geniş imkanlar yaradacaq

Sabahkı Laçın səfərini səbirsizliklə gözləyirəm. Çünki işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, ümumiyyətlə, Qarabağdakı inkişafı öz gözümlə görmək istəyirəm.

 

Manset.az  xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Forumda iştirak etməyi özü üçün şərəf kimi dəyərləndirən diplomat deyib ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycandakı və regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərərkən ölkəm COP26-ya ev sahibliyi edib. Azərbaycanın bu mötəbər tədbiri təşkil etməsi mühüm hadisədir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”, - deyə o qeyd edib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin