NASA-dan dəhşətli kəşf: Astronavtlar böyük təhlükə altındadır

16:56 - 24 Aprel 2024

NASA-dan dəhşətli kəşf: Astronavtlar böyük təhlükə altındadır

NASA alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) apardıqları araşdırma zamanı astronavtların sağlamlığını təhdid edə biləcək "Enterobacter bugandensis" adlı 13 müxtəlif növ bakteriya aşkar ediblər.

 

Manset.az-ın məlumatına görə, bu bakteriya qan infeksiyaları ilə birbaşa əlaqəlidir və mikroqravitasiya mühitində antibiotiklərə davamlı ola bilər. Tədqiqatçılar müəyyən ediblər ki, İSS-in ekstremal şəraitində yüksək karbon qazı səviyyəsi və aşağı çəkisi kimi amillər bakteriyalarda mutasiyalara səbəb olur.

Bu halda bakteriyalar yerdəki bakteriyalar  ilə müqayisədə genetik və funksional fərqinə gətirib çıxarır. Aşkar edilmiş bakteriya ştammları neonatal sepsis kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək infeksiyalarla əlaqələndirilir.

Tədqiqatçılar bu bakteriyaların astronavtların sağlamlığına ciddi təsir göstərə biləcəyi və infeksiya riskini artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu tip bakteriyaların sepsis, sidik yolu infeksiyaları, dəri və yumşaq toxuma infeksiyaları kimi həyati təhlükə yarada biləcəyi bildirilir.

Jalə

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin