Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi - Foto - YENİLƏNDİ

20:45 - 4 May 2024

Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi - Foto - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu güllələnərək qətlə yetirilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub.

Belə ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov torpaq sahəsində mal-qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış. Hadisədən sonra Namik Məmmədov özünə xəsarət yetirib və xəstəxanaya çatdırılıb.

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik:

18:30

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Manset.az Report-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin