Operatoru dünya şöhrətli repçini məhkəməyə verdi - FOTO

18:57 - 24 Aprel 2024

Operatoru dünya şöhrətli repçini məhkəməyə verdi  - FOTO

Dünyaca məşhur rep ulduzu Meqan Thee Stallion 2022-ci ildə kameramanın qarşısında bir qadınla cinsi əlaqədə olduğu iddiası ilə gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vəziyyətdən narahat olan operator reperin qarşısında qadınla cinsi əlaqədə olduğunu və onu izləməyə məcbur etdiyini əsas gətirərək onu məhkəməyə verib.

Beləki, rep ulduzu 2022-ci ildə İspaniyada avtomobildə bir qadınla cinsi əlaqədə olub. 2018-ci ildən reperlə əməkdaşlıq edən operator hadisə zamanı avtomobildə olduğunu iddia edib və bu vəziyyətin şahidi olmaq məcburiyyətində qaldığını bildirib. İddiaya görə, ertəsi gün Meqan operatora "Gördüyün şey haqqında heç vaxt danışma" deyib. 

NBC News-a açıqlama verən operator, "Özümü narahat hiss etdim. Bir az donmuş və sarsılmış hiss etdim. Onun mənim yanımda bunu etmək cəsarətinə təəccübləndim" deyib. Operator həmçinin iddia edib ki, İspaniyaya səfəri zamanı Meqan onu “şişko”, “yeməyini tüpür” və “yeməməlisən” kimi sözlərlə azarlayıb. Qurban olduğunu bildirən operator “ Özümü alçaldılmış hiss etdim" deyə bildirib. 

Əfsanə Rəcəb
Manşet.az



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin