Həbsxanada 37 kilo olan fenomenlə bağlı yeni qərar: Sərbəst buraxılma əmri verildi...

14:23 - 26 Aprel 2024

Həbsxanada 37 kilo olan fenomenlə bağlı yeni qərar: Sərbəst buraxılma əmri verildi...

Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə aylardır həbsdə olan Candan bacılarından Nihal Candanın çəkisinin 37 kiloya düşməsindən sonra həbsxana şəraitində davam edə bilməyəcəyinə qərar verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər baş verənlərdən sonra dünən xəstəxanaya yerləşdirilən Candana “anoreksiya nervoza” adlı xəstəlik diaqnozu qoyub.

Vəziyyəti qiymətləndirən məhkəmə, Candanın həbssiz mühakimə üzrə sərbəst buraxılmasına qərar verib.

Candan bacılarının vəkili Kasım Ergün Nihal Candanın bu gün saat 17.00-da sərbəst buraxılmasını gözlədiklərini bildirib:

"Gözlədiyimiz bir qərar idi. Müalicəsi xəstəxana mühitində davam edəcək".

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin