Azərbaycan bu ölkəyə əlavə enerji resursları ixrac edə bilər

22:02 - 29 Aprel 2024

Azərbaycan bu ölkəyə əlavə enerji resursları ixrac edə bilər

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.

 

Manset.az  xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisinə nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:

“SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - paylaşımda deyilir.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin