“Avropa çempionatlarının mövsümü tam sürətlə gedir” - Fərid Qayıbov

14:31 - 3 May 2024

“Avropa çempionatlarının mövsümü tam sürətlə gedir” - Fərid Qayıbov

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələri barədə danışıb.

 

Manset.az  İdman.Biz-ə istinadən bildirir ki, o, bu barədə rəhbəri olduğu qurumun rəsmi saytındakı "Prezidentin qeydləri" rubrikasında bəhs edib.

Qayıbov bildirib ki, ay kifayət qədər gərgin və Avropa çempionatları mövsümünü başlayan hadisələrlə zəngin olub: "İlk AVRO Gimarayeşdə (Portuqaliya) keçirildi ki, orada tamblinqin batut ustaları yarışdılar. Bütün növlərdə gərgin mübarizə getdi və fəxri kürsülərdə əlavə sürprizlər oldu. Mən isti qarşılanma və daha bir möhtəşəm Avropa çempionatının keçirilməsindəki səylərinə görə Portuqaliya federasiyasına təşəkkür etmək istəyirəm".

EG rəhbəri kişilərin idman gimnastikası üzrə Riminidə (İtaliya) təşkil olunan Avropa çempionatı barədə də danışıb: "Bu, ən populyar yarışlarımızdan biri olduğu üçün bizə tədbir zamanı əksər federasiya rəhbərləri ilə görüşmək və ünsiyyətdə olmaq imkanı verdi. Biz idman növümüzün gələcəyi və qarşıdakı inkişaf planlarını müzakirə etdik. Çempionatın sloqanı da tam yerinə düşür - #BetterTogether!. Öz növbəsində gimnastlar da həm böyüklərin, həm yeniyetmələrin yarışlarında gərgin mübarizə apardılar, tamaşaçıları öz fantastik çıxışları ilə məftun etdilər. Bu yarışlara çox sayda istedadlı və təcrübəli gimnastlar qatıldılar ki, onların əksəriyyəti bizim qitəni Parisdəki Olimpiadada təmsil edəcək".

O, peşəkar fəaliyyətin digər aspektlərinə də toxunub: "Bizim komanda səylə çalışır ki, bütün tədbirlər lazımi səviyyədə təşkil olunsun, yarışların səviyyəsi tamaşaçıları qane etsin. Biz bütün yarışlarımızı onlayn yayımlaya bilərik. Sosial şəbəkələr, talismanların iştirakı ilə aktiv əyləncələr, elanlar, həmçinin xalların hesablanma sisteminin köməyi ilə yarışlardakı vizual effektlərlə tamaşaçların cəlb edilməsi üçün böyük işlər aparılır. Mən şadam ki, bizim tədbirlər get-gedə yaxşılaşır, biz onların keyfiyyətinin artırılması üçün işə davam edirik".

Fərid Qayıbov mayda baş verəcək tədbirlərə də toxunub: "May Riminidə qadınların idman gimnastikasındakı Avropa çempionatı ilə başladı. Ayın sonunda bizi bədii gimnastika üzrə Budapeştdəki qitə çempionatı gözləyir. Bu yarışlarda iştirak edən bütün gimnastlarımıza uğurlar arzu edirəm".


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin