Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

12:28 - 6 May 2024

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

 

Manset.az xəbər verir ki, görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanılması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin