Çində xəstəxanaya bıçaqlı hücum: 10 ölü, 23 yaralı - VİDEO

13:55 - 7 May 2024

Çində xəstəxanaya bıçaqlı hücum: 10 ölü, 23 yaralı - VİDEO

Çinin Yunnan əyalətində Zhenxiong Rayon Xalq Xəstəxanasına bıçaqlı hücum nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumla bağlı şübhəli şəxs saxlanılıb.

Hadisə ilə bağlı istintaqın davam etdiyi qeyd edilib.

Dövlət mediası hücumun təfərrüatlarını açıqlamasa da, səlahiyyətlilər hücumun səbəblərini və təfərrüatlarını araşdırmaqda davam edir.

Bu dəhşətli hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri və xəstəxana təhlükəsizliyi ilə bağlı sual işarələri artıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin