Qazaxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

09:28 - 9 May 2024

Qazaxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin