Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrana səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Manset.az xəbər verir ki, ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirən İran rəsmiləri üçün təşkil olunan dövlət anım mərasimində iştirak etmək məqsədilə Tehrana gedən Yılmaz görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Türkiyə qardaş İran xalqının yaşadığı ağır itkiləri bölüşür və bölgədə davamlı sülhün, sabitliyin təmin olunmasına, dialoq kanallarının gücləndirilməsinə, eləcə də münaqişədən sonrakı normallaşma prosesinə dəstək verməyə davam edəcək.
Yılmaz qeyd edib ki, Türkiyə ilə İran arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində iranlı həmkarları ilə birgə fəaliyyət davam etdiriləcək.
Vitse-prezident paylaşımında İran Prezidenti Məsud Pezeşkiana qəbula görə təşəkkür edib, həlak olan bütün iranlılara Allahdan rəhmət diləyib, İran dövlətinə və xalqına başsağlığı verib.