Rusiya Xarkovu vurdu: 2 yaralı

18:56 - 10 May 2024

Rusiya Xarkovu vurdu: 2 yaralı

Rusiya ötən gecə S-300 raketi ilə Ukraynanın şərqindəki Xarkov şəhərini vurub.

 

Manset.az xəbər verir ki, Xarkov meri İqor Terekhov məlumat verib. Məlumatda bildirilir ki, hücum zamanı 11 yaşlı uşaq və 72 yaşlı qadın yaralanıb.

Yanğın zamanı 3 evdən 2-nin yararsız hala düşdüyünü deyən Terekhov ümumilikdə 26 tikilinin zədələndiyini bildirib. Rayonda 80 evin işıqsız qaldığı, 4 evdə elektrik enerjisinin kəsildiyi qeydə alınıb. 

Qeyd edilir ki, Rusiya mart ayından etibarən Ukraynaya qarşı raket və dron hücumlarını artırıb.

Jalə

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin